ATU-nun 363 min manatlıq təmir tenderi ləğv edilib

İQTİSADİYYAT
18:40 / 21.07.2026
67

Azərbaycan Texnologiya Universitetinin (ATU) cari təmir işlərinin satın alınması ilə bağlı elan etdiyi tender baş tutmayıb.

Hit.az xəbər verir ki, keçirilən satınalma proseduru Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə ləğv edilib.

Satınalma müsabiqəsinin hansı səbəbdən ləğv edildiyi açıqlanmayıb.

Bu tender üzrə satınalma predmetinin ehtimal olunan qiyməti 363 min 356,90 manat təşkil edib.

Abbas 

0