Rusiya Almaniyanın nüvə sahəsindəki fəaliyyətini hərbi planlaşdırmada nəzərə alacaq

DÜNYA
17:46 / 21.07.2026
59

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Almaniyada nüvə silahı istiqamətində aparılan fəaliyyətin Moskvanın hərbi planlaşdırmasında nəzərə alınacağını bildirib. 

HİT.az xəbər verir ki, bu barədə mətbuat konfransında danışıb.

Qruşkonun sözlərinə görə, Almaniyada bu sahədə görülən işlər təəccüblü deyil və ölkənin yüksək texnoloji və sənaye potensialı bunu mümkün edir.

"Almaniyada baş verənlər tamamilə gözləniləndir, xüsusilə də bu ölkənin yüksək texnoloji və sənaye potensialını nəzərə alsaq", deyə o bildirib.

Diplomat qeyd edib ki, Almaniyanın siyasəti NATO ölkələrində nüvə komponentinin rolunun artırılması istiqamətində ümumi tendensiyanın tərkib hissəsidir.

Onun sözlərinə görə, bəzi dövlətlər ABŞ və digər ölkələrin nüvə silahlarının yerləşdirilməsinə imkan verən qanunvericilik dəyişiklikləri ediblər. Qruşko həmçinin Fransanın irəli sürdüyü "Avropa nüvə çətiri" konsepsiyasını da bu istiqamətdə nümunə kimi göstərib.

Bundan əvvəl Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) Almaniyanın nəzəri baxımdan bir il ərzində öz nüvə silahını yarada biləcəyini iddia etmişdi. Qurum Almaniyada nüvə silahı istiqamətində fəal tədqiqatların aparıldığını və bunun NATO-nun aparıcı dövlətlərindən birini narahat etdiyini bildirmişdi.

Samir

0