"Seyfəli” poliqonunda nə baş verir? - Partlayışla bağlı RƏSMİ AÇIQLAMA

ÖLKƏ
15:25 / 13.10.2021
2046

Gəncədə yayılan partlayış səsi "Seyfəli” poliqonundan gəlib.

Hit.az xəbər verir ki, bu barədə Axar.az-a Gəncə şəhər Baş Polis İdarəsinin sahə rəisi, polis mayoru Azər Əsədov deyib. "Hazırda "Seyfəli” poliqonunda təlimlər gedir. Şəhərdə partlayış olması ilə bağlı yayılan xəbər şayiədir. Gəncədə və ətraf ərazilərdə eşidilən səslər poliqondan gəlir”, - polis mayoru deyib.

Qeyd edək ki, bu gün Gəncə şəhərində iki dəfə partlayış səsi eşidilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

0