Serabral iflic olan səkkiz yaşlı qızın pensiyası niyə kəsilib? (VİDEO)

21:08 / 28.10.2021
535

Səkkiz yaşlı əkiz bacılar - Bəyimxanım və Süsən həyatlarının ən qayğısız çağlarını yaşamalı olsalar da, bu qızların zərif çiyninə böyük yük düşüb.

Əkiz qız övladları anadangəlmə serabral iflic xəstəliyindən əziyyət çəkirlər. Bu səbəbdən də hər iki uşağa 2018-ci ildə pensiya təyin edilib. Lakin uşaqlardan birinin, Bəyimxanım Əhmədovanın pensiyası bu ilin iyun ayında dayandırılıb.

Uşaqların anası Arzu Manafova deyir ki, bundan sonra övladını növbəti dəfə komissiyadan keçirib və onlara imtina cavabı gəlib.

Daha ətraflı Baku TV-nin süjetində:

 

1