Azərbaycanlı xanıma ABŞ-da yüksək vəzifə verildi - FOTOLAR

ÖLKƏ
11:32 / 09.01.2022
1539

ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.

HİT.az "Report”a istinadən xəbər verir ki, R.Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib.

Yanvarın 1-də vəzifəsinin icrasına başlayan E.Adams komandasında üç türk yer alıb. Onlardan biri də R.Abbasovadır.

Qeyd edək ki, həmyerlimiz E.Adamsla 2016-cı ildən bu günə kimi - o Nyu-Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan birlikdə işləyir.

0