Rüşvətə görə həbs edilən sabiq direktorla bağlı qərar çıxarıldı

ÖLKƏ
09:09 / 26.05.2023
270

Bakı Apellyasiya Məhkəməsində Xocasən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədov barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərarda göstərilib ki, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Bildirilib ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunur.

Cinayət işi üzrə zərərçəkən şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu və Daxili İşlər Nazirliyinin Tibb Baş İdarəsi tanınır.

0