Bu rayonun DYP rəisi dəyişdi

13:47 / 25.11.2023
381

Lerik Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, mayor Nurlan Qafarov vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb. 

Digər əmrlə Zərdab rayon Dövlət Yol Polisi bölməsinə rəisi, mayor Razi Hüseynov vəzifəsindən azad edilərək, Lerik DYP-yə rəis təyin olunub. 

Qeyd edək ki, Razi Hüseynov 2019-cu ildə Ağdaş rayon Polis Şöbəsinin yol polisi bölməsinin baş inspektoru vəzifəsindən azad olunaraq, Zərdab rayon Dövlət Yol Polisi bölməsinə rəis təyin olunmuşdu.

0