Valideynlər övladlarına necə nümunə olmalıdır?

ÖLKƏ
23:00 / 23.01.2024
241

"Övladlarının yanında siqaret çəkən atalar uşaqlarına birbaşa mənfi örnəkdirlər. Düzdür, elə ailələr var ki, orada heç uşağın böyükləri siqaret çəkmir. Belə uşaqlar isə ətrafındakı təsirlərdən siqaret çəkməyə maraqlı olur".

Bu sözləri Hit.az-a şərhində psixoloq Könül İsmayılova deyib.

Psixoloqun sözlərinə görə, valideyn uşağa xərclik verərkən onu hara, hansı cür xərcləyəcəyinə də fikir verməlidir. Siqaret çəkən insanın ən az 18 yaşı olmalıdır: 

"Amma hazırda müxtəlif yaş kateqoriyasına mənsub olan uşaqlar buna əməl etmir. Onlar hətta bəzi nəzarətsiz məktəblərin həyətlərində siqaret çəkirlər. Uşaqlar siqareti əsasən qrup halında çəkirlər. Tək halda siqaret çəkən azyaşlı birisini görmək çətindir. Uşaqların siqaret çəkməyə başlamasının əsas səbəbi buna qrup şəklində başlamalıdır. Onlara baxıb, bu pis vərdişlərdən istifadə etməyənlər də siqaretdən istifadə edir. Aşağı siniflərdə oxuyanlar yuxarı siniflərin siqaretdən istifadə etməsini görüb, çəkməyə başlayırlar. Hətta bəziləri bunu özləri üçün fəxr hesab edirlər. Uşaqlar siqaretin necə zərərli bir vasitə olduğunu bilmir. Onlar siqaretin tərkibi və zərərlərindən xəbərsizdirlər. Çünki onlara siqaretin profilaktikasını keçməyiblər. Məktəbdə müəllimlər şagirdləri Həyat bilgisi kimi dərslərdə siqaretin zərərlərindən, onun tərkibindən, siqaret istifadə edərlərsə, gələcəkdə həmin uşaqları nəyin gözləməsindən xəbərdar etməlidirlər.  Mütəmadi məktəblərdə şagirdlərə siqaretə qarşı təbliğatlar aparılmalıdır. Yalnız bu yolla onlar bundan uzaq dura bilərlər”.

Sevinc

0