Azərbaycanlı aktrisanın bacısı naməlum səbəbdən vəfat edib

12:48 / 12.02.2024
437

Aktrisa Gülnarə Abdullayevanın bacısı naməlum səbəbdən vəfat edib. Sirli ölümün araşdırılıması üzərində iş gedir.

Hit.az-ın məlumatına görə, aktrisanın bacısı 47 yaşında dünyasını dəyişib. O hamamda olarkən keçinib. Lakin onun ölümünə dəm qazı səbəb olmayıb. Qəfil ölümün səbəbi polislər tərəfindən araşdırılır.

Gülnarə Abdullayeva əməkdaşlarımıza bildirib ki, bacısı 6 gün öncə qəfil vəfat edib.

"Onun heç bir xəstəliyi yox idi. Evdən çölə çıxmağı sevməyən sakit bir insan idi. Ailə qurmamışdı. Saçlarına boya qoymuşdu, hamama girməliydi. Gecə girib. Xəbərim olmayıb. Səhərə yaxın bilmişik. Ekpertiza baxdı, ölümünə dəm qazı səbəb olmayıb. Araşdırıb nəticəni deyəcəklər. Çox üzgünəm", deyə o bildirib.

Murad

0