Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş

MAQAZİN
12:59 / 15.06.2026
43

Ötən gün məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül toy məclisində iştirak etmək üçün Bakıya gəlib.

Sənətçi tanınmış iş adamının oğlunun toyunda səhnə almaq üçün Bakıya üz tutub.

M.Kırmızıgül "Aral Group"un rəhbəri və bir sıra biznes obyektlərinin sahibi Ahmet Çetinin oğlu Yusufun toy məclisinə təşrif edib. Toy məclisinə bir sıra yüksək çinli məmurlar, iş adamları, generallar, tanınmış simalar qatılıb. Mərasim Bakının lüks restoranlarından birində baş tutub.

Qeyd edək ki, Ahmet Çetin "Aral Group"un sahibidir. O, Bakıda bina tikintisi ilə məşğuldur, eyni zamanda bir sıra böyük biznes obyektlərinin sahibidir./Manset.az/

0