Göz damcılarının hansı faydaları var?

ÖLKƏ
15:58 / 03.04.2024
506

Bu gün insanların bir çoxu göz damcılarından istifadə edirlər. 

Əlbəttə ki, hər bir şəxsdə səbəblər müxtəlif ola bilir. Amma burada əsas məqsəd gözün sağlamlığını qorumaqdır. Bunun üçün də müxtəlif firmalara aid göz damcıları mövcuddur. 

Bəs göz damcılarının hansı faydaları var? 
 
Tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, göz damcıları gözdə müxtəlif təyinat üzrə istifadə olunur:

347114

"Sözügedən damcılarından gözün konyuktivasında, gözün selikli qişasında və göz almasında istifadə olunur. Hansısa allergik xəstəliklər və ya iltihabı proseslər olanda onların müalicəsi məqsədilə göz damcılarından istifadə edilir. Bundan başqa, göz dibinin müayinəsi və göz bəbəklərinin genişləndirilməsi üçün də damcılardan istifadə olunur". 

Həkim vurğulayıb ki, göz dibinin müayinəsi prosesinin aparılması üçün damcılardan istifadə edilir:

"Bəzən göz yaşı quruduğu üçün gözə təbii göz yaşı tökmək lazım gəlir. Bu da göz almasının selikli qişasında qurumaların baş verməməsi üçün edilir. Ümumiyyətlə, göz damcılarından həm profilaktik, həm müalicə, həm də müayinə məqsədilə istifadə olunur".

Pərviz

0