Diş müalicəsi niyə bu qədər bahadır?

SAĞLAMLIQ
17:12 / 23.09.2026
137

Diş ağrısı başlayanda insanın ilk düşündüyü nə olur? Çox vaxt cavab sadədir: “Bu dişi müalicə etdirmək mənə neçəyə başa gələcək?” Çünki söhbət artıq yalnız ağrının aradan qaldırılmasından getmir. 

Bir dişə plomb qoyulması, dişin çəkilməsi, keyitmə, rentgen və digər prosedurların hər biri ayrıca xərc deməkdir. Qeyd edək ki, bəzən pasiyent klinikaya bir problem üçün müraciət edir, amma sonda qarşısına düşündüyündən xeyli yüksək hesab çıxır.

Bu gün bir dişə plomb qoyulması üçün ödənilən məbləğin 50-100 manat və daha yüksək olması bir çox ailə üçün ciddi xərcə çevrilə bilər. Xüsusilə söhbət bir deyil, bir neçə dişin müalicəsindən gedirsə, stomatoloji xidmət artıq ailə büdcəsində ayrıca xərc maddəsinə çevrilir. Üstəlik, plomb yalnız başlanğıcdır, belə ki, dişin vəziyyətindən asılı olaraq əlavə müayinə, keyitmə, kanal müalicəsi və ya başqa müdaxilələrə ehtiyac yarana bilər. 

Onu da bildirək ki, stomatoloji xidmətlərdə diqqətçəkən məqamlardan biri də qiymətlərin bir-birinə olduqca yaxın olmasıdır. Sosial şəbəkələrdə müxtəlif stomatoloqların reklamlarına rast gəlmək mümkündür, lakin pasiyent eyni xidmət üçün fərqli klinikalara müraciət etdikdə, çox zaman qiymətlər arasında ciddi fərq görmür. 

Məsələn, bir klinikada plomb 50 manatdırsa, digərində 100 manat ola bilər, amma bazarda bunun xeyli aşağı qiymətə təklif edilməsi ilə bağlı seçimlər məhdud görünür. Bu isə belə bir sual yaradır stomatoloji xidmətlər bazarında həqiqi qiymət rəqabəti nə dərəcədə var? Klinika daha münasib qiymət təyin edib daha çox pasiyent cəlb etməyə çalışmırsa, qiymətləri formalaşdıran əsas amillər nələrdir?

Sevinc

0