Bu kanala çirkab suları, məişət tullantıları axıdılmaqda davam edir. Plastik şüşələr, sellofanlar, bir sözlə məişətdə istifadə olunan nə varsa bu kanalda görmək mümkündür.
Paytaxtın Ramana qəsəbəsində tullantılar bu kanala atılır.
İndi nə o içməli sudan əsər var, nə də kanalın mənzərəsindən. Üfunət qəsəbəni başına götürüb:
Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, bu məsələdə məsuliyyət bir az da sakinlərin üzərinə düşür.
Qurumdan o da bildirildi ki, kanalın daha geniş miqyasda təmizlənməsi barədə aidiyyəti qurumlara müraciət olunub.


