Bir xalqın yaddaşında yaşayan tarix

HƏRBİ
10:26 / 28.09.2026
172

Bəzi tarixlər təqvimdə sadəcə bir gün deyil. 

Onlar bir xalqın yaddaşında yaşayır. 27 Sentyabr da Azərbaycan üçün belə günlərdəndir. Bu tarix hər il Anım Günü kimi qeyd olunur. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam etdi və Azərbaycanın yaxın tarixində böyük dəyişikliklərlə nəticələndi. Elə həmin müharibə minlərlə ailənin həyatında isə heç vaxt bağlanmayacaq bir səhifə açdı.

Anım Günü deyəndə ilk ağla gələn məzar daşları, şəkillər və xatirələrdir. Amma şəhidlərin xatirəsi yalnız məzarlıqlarda yaşanmır. Bir şəhidin adı anasının yaddaşında, atasının susqunluğunda, övladının danışığında, həyat yoldaşının qoruduğu əşyalarda yaşayır. Bəzən bir fotoşəkil, köhnə bir məktub, telefonda qalan səs yazısı və ya yarımçıq qalmış bir arzu bütöv bir insanın xatirəsini yaşatmağa kifayət edir.

2020-ci il sentyabrın 27-də başlayan döyüşlər Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. 27 sentyabr həmin hadisələrə yalnız tarixi fakt kimi deyil, insan taleləri ilə birlikdə baxılır. Çünki müharibələrin statistikası rəqəmlərlə ifadə olunsa da, hər rəqəmin arxasında bir insan, bir ailə, bir həyat dayanır.

Dünən Azərbaycanda şəhidlərin xatirəsi müxtəlif mərasimlərlə yad edildi. 2026-cı il sentyabrın 27-də də Zəfər Parkında şəhidlərin xatirəsinə ehtiram göstərilib, müxtəlif dövlət qurumlarında anım tədbirləri keçirilib. Ancaq xatirə yalnız bir günə sığmır. Şəhidlərin adlarını gələcək nəsillərə çatdırmaq, onların həyat hekayələrini qorumaq, ailələrinin yaşadıqlarını dinləmək də yaddaşın bir hissəsidir. Çünki tarix yalnız böyük hadisələrin adından ibarət deyil. 

Tarix həm də həmin hadisələrin içində həyatını itirən, yarımçıq qoyan və geridə sevdiklərini buraxan insanların hekayələridir. Bir dəqiqəlik sükutla yad edilən hər bir şəhidin adı, əslində, Azərbaycanın yaddaşında yaşayan bir hekayədir

Sevinc

0