BQXK-nın Xankəndidəki ofisi Bərdəyə köçürüldü

ÖLKƏ
12:41 / 08.04.2024
125

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.

HİT.az xəbər berir ki, bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova açıqlama verib.

O bildirib ki, BQXK-nın o ərazilərdə olan fəaliyyəti Bərdə ofisindən həyata keçiriləcək və ehtiyacı olan insanlara dəstək yönlü işlərimiz davam etdiriləcək.

Qeyd edək ki, BQXK-nın Xankəndidəki ofisinin fəaliyyəti dayandırılıb.

0