Partiya sədri: “Zəngilanın azad olunması çox əhəmiyyətli idi”

HƏRBİ
16:00 / 20.10.2026
256

“Zəngilanın işğaldan azad olunması bir çox cəhətinə görə xarakterik idi”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Zəngilan uğrunda ağır döyüşlər gedirdi:


“Döyüşlərin ilk dövrü Ağdərə-Ağdam istiqamətində cəhd oldu, amma çox ciddi bir müqavimət var idi. Ondan sonra taktika dəyişdi. Taktika dəyişdi ki, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı istiqamətində hərəkətə keçsinlər və bundan da düşmən düşmənin Ağdərə-Ağdaban istiqamətindəki qüvvələri müasirəyə salınması yeni bir yanaşma idi”.

Siyasətçi qeyd edib ki, Zəngilanda bu yeni yanaşma özünün demək olar ki, yekun nəticəsinə çatdı və düşmən birmənalı şəkildə məğlub olduğunu artıq başa düşdü:
“Bir tərəfdən, ermənilər həm Zəngilana qədər müqavimət göstərə bilmədilər, həm də Azərbaycan ordusunun bir hissəsi Zəngilan istiqamətinə getdi, bir hissəsi isə arxadan Ağdərə rayonunun arxa hissəsindən, şəhərin arxa hissəsindən keçərək Ağdərə-Ağdaban istiqamətindəki erməni qüvvələrinin 25-30 minlik qüvvələrini mühasirəyə saldı.

Bu cəhətdən hesab edirəm ki, Zəngilanın işğaldan azad edilməsi hərbi baxımdan müsbət qiymətləndirilməli bir məsələdir. Digər tərəfdən, yəni artıq müharibə xeyli vaxtından başlamışdı, çətinliklər də var idi. Müharibənin gedişinə dönüş lazım idi. Həddindən artıq 20 oktyabrda bu dönüş olmalı idi. O Zəngilanla bağlı oldu. Zəngilanla bağlı dönüş həm də İran sərhədinə çıxış demək idi”.

Akif Nağı xatırladıb ki, Zəngilan zamanında sonuncu işğal olunan ərazimiz idi:
“Zəngilan Birinci Qarabağ müharibəsi zamanı 1993-cü iin 29 oktyabr tarixində ermənilər tərəfindən işğal olunmuşdu. Elə oktyabr ayında da işğaldan azad olunmasının simvolik mənası da var.  Eyni zamanda, bununla Azərbaycan-İran sərhədinin tam şəkildə bərpa olundu. Bu baxımdan da Zəngilan işğaldan azad olunması əhəmiyyətli idi.

Zəngilanda çox ağır döyüşlər getdi, fərdi qəhrəmanlıq nümunələri oldu və o fərdi qəhrəmanlıq nümunələri Azərbaycan ordusunun ümumi həm göstərici idi, qabiliyyətini göstərirdi. Hesab edirəm ki, Zəngilanın işğaldan azad edilməsi çox mühüm idi”.

Partiya sədri diqqətə çatdırıb ki, bunun strateji əhəmiyyəti də böyükdür:
“Bu, müharibənin gedişatı baxımından da əhəmiyyətli idi. Zəngilanın geri alınmasından sonra artıq yol birbaşa Şuşaya açılırdı. Şuşa istiqamətində hərəkət ən ağır bir dövrü idi. Ona görə də Zəngilandan sonra Şuşaya gedən yol da əsasən açılmışdı. Bax bu cəhətdən də Zəngilanın böyük önəmi var idi.

Üstəlik, Zəngilanın işğaldan azad olunmasında sonra Azərbaycan cəmiyyətində böyük bir ruh yüksəkliyi yaranmışdı. Bütün bunlar Zəngilanın əhəmiyyətini olduqca artırırdı. Bu gün artıq Zəngilanın azad olmasından 6 il ötür. Nə xoş ki, bu gün Zəngilan başda olmaqla, bütün işğal altında olan ərazilərimiz geri alınıb. Sonda bütün zəngilanlıları Zəngilan Şəhəri Günü münasibətilə təbrik edirəm”.

Elmir Mustafa

0