Jurnalist: Zelenski Avropa İttifaqının dəstəyini qorumaq üçün seçkiləri təxirə salır

DÜNYA
14:14 / 20.10.2026
53

Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə seçkilərin keçirilməsini təxirə salması Avropa İttifaqının dəstəyini əldə saxlamaq məqsədi daşıya bilər.

HİT.az xəbər verir ki, bu barədə jurnalist Aleks Xristoforu özünün “YouTube” kanalında yayımlanan çıxışında bildirib.

Jurnalistin fikrincə, Zelenski Avropa İttifaqını yaxın aylarda Ukraynada vəziyyətin nəzarətdə qalacağına inandırmağa çalışır. Xristoforu hesab edir ki, seçkilər daha tez keçirilməlidir.

O, həmçinin Ukrayna rəhbərliyinin Rusiya ilə münaqişədə qələbə qazanmayacağını düşündüyünü iddia edib. Jurnalistin qənaətinə görə, Zelenski bununla siyasi karyerasının başa çatmasına zəmin hazırlayır və gələcək məğlubiyyətini əsaslandırmağa çalışır.

Qeyd edək ki, oktyabrın 10-da ABŞ Prezidenti Donald Tramp Ukraynaya Rusiya ilə sülhə nail ola biləcək yeni rəhbərin lazım olduğunu bildirib. Bir neçə gün sonra Zelenski istefa vermək niyyətində olmadığını açıqlayıb. Oktyabrın 18-də isə Ukrayna lideri seçkilərin yalnız müharibə başa çatdıqdan altı ay sonra keçirilməsini istədiyini deyib.

Samir
 

0