Şöbə rəisi yeni vəzifəyə təyin edildi

ÖLKƏ
09:37 / 09.04.2024
167

Nərimanov Rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin rəisi, polis mayoru Cavid İsmayılov tutduğu vəzifədən azad edilərək Nərimanov Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəisi müavini təyin olunub.

0