Siyavuş Novruzov: \"Bizim hər kənddə, hər rayonda evimiz var\"

16:48 / 15.04.2024
200

“Mərhum prezidentimiz Heydər Əliyev YAP-ı yaradanda demişdi ki, mən sizə partiya yox, hər rayonda , hər kənddə bir ev qururam. Bu sözün çox dərin mənası var idi. Bizim partiyanın  hər kənddə nümayəndəsi var idi. Bu gün biz hansı kəndə üz tutsaq, o qapını döysək, böyük qonaqpərvərliklə qarşılanırıq. YAP böyük bir ailədir”.

Bu fikirləri Hit.az-a deputat Siyavuş Novruzov  səsləndirib.

“Partiya nümayəndəsi olmaq böyük məsuliyyətdir. Üstəlik o partiyanı təmsil edən deputat olmaq ikiqat çətindir. İnsanlar elə bilir ki, deputatın sehrli çubuğu var, bir dəfə toxunan kimi problemləri həll edəcək. Məsələn , su problemi yaşayır, deputata üz tutur. Sən bu problemi parlamentdə qaldırırsan, amma dövlətin də öz proqramı, planı var. Problem dərhal həll olunmur. Bu mənada seçicinin qarşısında özünü borclu hesab edirsən”,- deyə o bildirib.

Murad

0