Azərbaycanda ən çox bu universitetin məzunları iş tapıblar - SİYAHI

ÖLKƏ
21:38 / 16.04.2024
180
Artıq gələn aydan etibarən ali təhsil müəssisələrinə qəbul imtahanları başlayacaq.
 
Ölkə.Az xəbər verir ki, imtahan verən abituriyentlər ixtisas seçimi edərkən məzun olduqdan sonra təyinatı üzrə iş tapmaq ehtimalını da dəyərləndirir.
 
Odur ki, məzunların məşğulluq reytinqini təqdim edirik.
 
Azərbaycanda 2018-2021-ci illərdə ali təhsil müəssisələrindən məzun olan şəxslərin 57.2%-i işlə təmin olunub.
 
Bu da 52517 məzundan 30029 nəfər deməkdir.
 
Universitetlər üzrə məşğulluq reytinqində 14 ali təhsil müəssisəsi yer alıb.
 
Siyahıya Azərbaycan Dövlət Neft və Sənaye Universiteti liderlik edir.
 
 
İşləyən məzunlar isə əsasən, mühəndislik, maliyyə, pedoqoji və texnologiya üzrə ixtisaslarını bitirmiş şəxslərdir.
 
 
Statistikaya görə, məşğulluq reytinqində bu ali təhsil müəssisələrindən məzun olanların 85.7%-i dövlət, 14.3%-i isə özəl universitetləri bitirib.
 
Qeyd edək ki, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək.
 
II və III ixtisas qrupları üzrə qəbul imtahanların ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçiriləcək.
 
0