Fərid Əhmədov yeni təyinatlar

12:21 / 17.04.2024
182

Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Əbülfət Əliyevə nazirliyin Katibliyinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

HİT.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib. 

Bundan əvvəl, Ə.Əliyev Daxili İşlər Nazirliyi Katibliyinin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.

Nazirin digər əmrləri ilə İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev işdən azad edilib və həmin vəzifənin icrası Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanova həvalə olunub.

Qeyd edək ki, Fərid Əhmədov 27 fevral 2024-cü ildə ədliyyə naziri təyin edilib.

 

0