Xaçmaz Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.
HİT.az ölkə.az-a istinadən xəbər verir ki, icra başçısı Elnur Rzayev bununla bağlı müvafiq əmrlər imzalayıb.
Əmrlə, Akif Mövlanov Hüquq və kadr məsələləri sektorunun müdiri təyin olunub. O, daha əvvəl sözügedən sektorda məsləhətçi vəzifəsində çalışıb.
A.Mövlanovdan boşalan məsləhətçi postuna Rüfət Sərdarov gətirilib. O isə bundan əvvəl İcra Hakimiyyətinin Qusarçay inzibati ərazi dairəsi üzrə nümayəndəsi olub.
Murad Abasov isə həmin ərazi üzrə yeni nümayəndə təyin edilib.
Bundan başqa, Budaq Əliyev Nabran inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsindən azad olunub və bu vəzifəyə Sərdar Məmmədov gətirilib.
Elgün Həsənov isə Ləcət inzibati ərazi dairəsi üzrə nümayəndə təyin olunub. Təyinata qədər həmin vəzifə vakant idi.


