Bu gün tarixin vərəqlərində 20 noyabrdayıq.
Hit.az xəbər verir ki, bu gün bir sıra tarixi hadisələrlə yadda qalıb.
Həmçinin, 20 noyabr bir sıra şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin vəfatı da bu günə təsadüf edir. Onu da bildirək ki, bu gün Azərbaycanda Ağdam Şəhəri Günü, dünyada Ümumdünya Uşaqlar Günü, Argentinada Milli Suverenlik Günü, Meksikada İnqilab Günü, Vyetnamda isə Müəllim Günü kimi qeyd olunur. Beləliklə, tarixin 20 noyabrına nəzər salırıq.
20 noyabrda baş verənlər:
1975-ci ildə Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb. 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycana məxsus hərbi helikopter Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulub. 1995-ci ildə Azərbaycan və Litva arasında diplomatik əlaqələr qurulub.
1998-ci ildə Azərbaycan Fotoqraflar Birliyi təsis edilib. 2020-ci ildə Ağdam rayonu Azərbaycana rəsmi olaraq geri qaytarılıb. Həmçinin, 1985-ci ildə “Microsoft” tərəfindən hazırlanmış ilk qrafik fərdi kompüter əməliyyat sistemi olan “Microsoft Windows 1.0” buraxılıb.
20 noyabrda doğulanlar:
1960-cı ildə Azərbaycanın Milli Qəhrəmanı, şəhid həkim Gültəkin Əsgərova
1911-ci ildə teatr rəssamı İzzət Seyidova, 1930-cu ildə aktyor Gündüz Abbasov, 1935-ci ildə Xalq artisti, xanəndə Qədir Rüstəmov, 1949-cu ildə müğənni Əli Mirəliyev, , 1973-cü ildə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə və 1992-ci ildə futbolçu Amit Quluzadə dünyaya gəlib.
Həmçinin, 1752-ci ildə ingilis şairi Tomas Çatterton, 1761-ci ildə Roma papası VIII Piy, 1858-ci ildə isveçli yazıçı Selma Lagerlöf, 1925-ci ildə ABŞ senatoru Robert Kennedi, 1942-ci ildə ABŞ-nin 46-cı prezidenti Co Bayden, 1967-ci ildə türk müğənni Teoman və 1987-ci ildə CAR müğənnisi Moonchild Sanelly doğulub.
20 noyabrda vəfat edənlər:
1991-ci ildə Qarakənd faciəsi zamanı jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev, işıqçı, Azərbaycanın Milli Qəhrəmanı Arif Hüseynzadə, jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazov, prokuror İsmət Qayıbov, Meliorasiya və Su Təsərrüfatı nazirinin 1-ci müavini Qurban Namazəliyev, dövlət xadimi və polis general-mayoru Məhəmməd Əsədov, jurnalist Osman Mirzəyev, Qazaxıstan dövlət xadimi və polis polkovniki Saylau Serikov, dövlət xadimi Tofiq İsmayılov, deputatlar Vaqif Cəfərov, Vəli Məmmədov və Zülfü Hacıyev şəhid olublar. 2020-ci ildə isə diplomat Hikmət Hacızadə dünyasını dəyişib.
Həmçinin, 1910-cu ildə rus yazıçı Lev Tolstoy və 1975-ci ildə İspaniyanın baş naziri və generalı Fransisko Franko vəfat edib.
Pərviz

