Bərdənin İcra başçısı toy xəbərini təkzib etdi

ÖLKƏ
10:07 / 17.07.2020
1422

Ötən gün gecə saatlarında bəzi xəbər saytlarında Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turalın ölkədəki pandemiya şəraitinin əleyhinə olaraq toy mərasimi təşkil etməsi barədə xəbər yayılıb. 

Moderator.az-ın əməkdaşı yayılan xəbərin nə dərəcədə həqiqiəti əks etdirib-etdirimədiyini öyrənmək üçün rayonun icra hakimiyyətinin başçısı Vidadi İsayevlə əlaqə saxlayıb. V. İsayev xəbərin həqiqəti əks etdirmədiyi və kimlərinsə təxəyyülünün məhsulu olduğunu bildirib:

"Mənim oğlum bir il əvvəl nişanlanıb və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər "zaks"a gedərək öz nikahlarını rəsmiləşdiriblər. Sizi və oxucularınızı əmin edirəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib. Ancaq görünür, gənclərin atdığı bu addımdan kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə ediblər".

0