Türkiyədə ötən həftənin ən çox baxılan serialları bəlli olub.
Hit.az xəbər verir ki, 28 sentyabr – 4 oktyabr tarixləri arasında “Total” kateqoriyasında “Taşacak Bu Deniz” zirvədə yer alıb.
Keçən ili lider tamamlayan layihə bu mövsümə də zirvədə başlayıb. Ötən həftə onluqdan kənarda qalan “Now TV” bu həftə 2 serialla siyahıya daxil olub. “Teşkilat”, “A.B.İ.”, “Kızılcık Şerbeti”, “Haysiyet”, “Gönül Dağı” kimi ekran işləri “TOP-10”-a daxil ola bilməyib.
Beləliklə, keçən həftənin reytinq sihayısı belə formalaşıb:
1. “Taşacak Bu Deniz” – “TRT1”
2. “Sevdan Bir Ateş” – “Show TV”
3. “Uzak Şehir” – “Kanal D”
4. “Daha 17” – “Kanal D”
5. “Tuzlu Kahve” – “Star”
6. “Ömür Usta” – “Now TV”
7. “Sevdiğim Sensin” – “Star”
8. “Güller ve Günahlar” – “Kanal D”
9. “Güneşin Doğduğu Yer” – “ATV”
10. “Halef: Köklerin Çağrısı” – “Now TV”.
Pərviz Şimşək


