Azərbaycanda avro 2 manatı keçdi - SON MƏZƏNNƏ

İQTİSADİYYAT
21:00 / 30.07.2020
1843

Azərbaycanda avronun məzənnəsi 2 manatı keçib.

Bu barədə Mərkəzi Bankın rəsmi məzənnələri açıqlananda məlum olub - 1 avro 2,0003 manat

Qeyd edək ki, Avronun bahalaşması Azərbaycanda məzənnə siyasətinin dəyişməsi ilə bağlı deyil. Sadəcə son günlər avro ABŞ dolları qarşısında sürətlə bahalaşir. Azərbğaycan manatı da qlobal maliyyə bazarında ABŞ dollarına «bağlandığına» görə, dollar qarşısında ucuzlaşıb bahalaşan valyutalar manata da eyni təsir edir.

Belə ki, hələ aprelin sonunda 1 avro 1,1 dollardan da aşağı idi. Aprelin 23-də avro dollar qarşısında 1, 0777 dollar olmuşdu. Həmin vaxt Bakıda da avronun rəsmi məzənnəsi cəmi 1,8308 manat idi.

İyunun 3-də avro 1,9 manat məzənnəsini, bu gün – iyulun 30-da isə 2 manatı keçib. Yeri gəlmişkən, aprelin sonunda pulunu avroya çevirənlər ötən 3 ay ərzində vəsaitlərini hər avroya 17 qəpik və ya 9,3% artırıblar. Hərçənd, avronun bahalaşdığı kimi ucuzlaşması da tez-tez baş verir və ümumən avro dollardan daha etibarsız valyuta sayılır.

Avronun rəsmi məzənnəsinin dəyişməsi özünü valyutadəyişmə məntəqələrində də göstərib. Məsələ bundadır ki, Azərbğaycanda dollardan fərqli olaraq avronun alış-satış qiyməti arasında fərq nisbətən böyükdür. Elə bu səbəbdən artıq bəzi banklar avronu 1,95 manatdan alıb, 2,05 manatdan satmağa başlayıblar.

Bu mənada nisbətən sərfəli məzənnə Azərbaycan Beynəlxalq Bankındadır – alış 1,9503 manat, satış 2,0163 manat.

1
Fed.az