Mask Respublikaçılara seçki dəstəyi üçün 445 milyon dollardan çox vəsait ayırıb

DÜNYA
16:16 / 23.10.2026
73

Amerikalı milyarder İlon Mask ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasına dəstək məqsədilə 445 milyon dollardan çox vəsait xərcləyib.

HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırkı seçki dövründə Maskın siyasi ianələri digər iri donorların, o cümlədən Demokratlar Partiyasını dəstəkləyən Corc Sorosun ayırdığı vəsaitləri üstələyib.

Agentlik qeyd edir ki, seçkilərin nəticələri Maskın biznes fəaliyyətinə də təsir göstərə bilər. Belə ki, “SpaceX”, “Tesla” və “Neuralink” şirkətlərinin fəaliyyəti federal tənzimləyici qurumların siyasətindən asılıdır. Nümayəndələr Palatasında çoxluğun demokratlara keçəcəyi təqdirdə isə onların Maskın ABŞ hökumətinin səmərəliliyinin artırılması istiqamətindəki fəaliyyəti ilə bağlı məsələlərə diqqət yetirə biləcəyi bildirilir.

Xatırladaq ki, oktyabrın 13-də “Reuters” agentliyi Maskın aralıq seçkilərdə Respublikaçılar Partiyasının Konqresdəki üstünlüyünü qorumasına kömək etmək üçün təxminən 366 milyon dollar xərclədiyini yazmışdı. Məlumata görə, milyarderin Donald Trampın prezident seçildiyi əvvəlki seçki dövründə siyasi xərcləri isə təxminən 290 milyon dollar təşkil edib.

Samir
 

0