Məktəb direktoru yanlışlığa yol verdiyini ETİRAF ETDİ

ÖLKƏ
18:38 / 31.08.2020
624

Saatlı rayonu Yeni Novruzlu kənd orta məktəbinin direktoru Elnur Rzayev Modern.az-a məzuniyyət vaxtı avtobus sürücüsü işlədiyini təkzib edən açıqlama verib. O, sosial şəbəkələrdə yanlışlığa yol verdiyini vurğulayıb:

“Mən orada yazmamışdım ki, BNA-da işə başlamışam, avtobus sürürəm və s. Mənim sükan arxasındakı şəklim təsadüfi bir şəkildir”.

Hansı işlə məşğul olmasına gəlincə, E.Rzayev bunun şəxsi məsələ olduğunu və açıqlamaq istəmədiyini deyib:


“Bunu xəbərə çevirəndə mənimlə dəqiqləşdirməli idilər. Çünki məlumat düzgün deyil, paylaşımımı da sildim, BNA-dan da yanlışlığa yol verdiyim üçün üzr istədim”.

0
Modern.az