Ağstafanın yeni icra başçısı kimdir? (DOSYE)

ÖLKƏ
13:22 / 21.05.2020
1937
Bu gün Prezident İlham Əliyev Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinə başçı təyin edib.

HİT.Az xəbər verir ki, 1984- cü il təvəllüdlü S. Orucov Naxçıvan Muxtar Respublikasında anadan olub.

2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub, daha sonra elə həmin universitetdə magistratura oxuyub.
 
2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.
O, 2010-cu ildə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib, 2011-ci ildə isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.

Qeyd edək ki, S. Orucov sabiq deputat və rektor Şəmsəddin Hacıyevin kürəkənidir.
0