Ronaldodan Azərbaycanla oyunla bağlı paylaşım - FOTO

İDMAN
17:50 / 25.03.2021
1173

Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldo 2022-ci il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşma barədə paylaşım edib.

Ulduz futbolçu “Facebook” hesabında etdiyi paylaşımda komanda yoldaşlarını təbrik edib.

“Dünya çempionatının seçmə mərhələsini qələbə ilə başlamaq çox vacibdir! Komandanı təbrik edirəm!”, - deyə K.Ronaldo bildirib.

Xatırladaq ki, qarşılaşma millimizin minimal hesablı məğlubiyyəti ilə başa çatıb (0:1).

1