İrandan MOSSAD-a cavab: İraqdakı mərkəzə hücum edildi - İDDİA

10:31 / 14.04.2021
1129

İraqın şimalında İsrailin Kəşfiyyat İdarəsi - MOSSADA adis olduğu iddia edilən mərkəzə hücum olub.

HİT.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Məlumatda hücum nəticəsində İsrail əsgərlərinin həlak olduğu iddia edilsə də, məlumat hələlik rəsmən təsdiqlənməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın İsfahan vilayətində yerləşən Nətanz Atm Elektrik Stansiyasında uranın zənginləşdirilməsi prosesi zamanı qəza baş vermişdi. İran Atom Enerjisi İdarəsi hadisəni terror aktı kimi dəyərləndirmiş, iranlı rəsmilər isə işin arxasında İsrailin olduğunu iddia etmişdilər.

Bundan başqa İsrailin İctimai Yayım Korporasiyası - KAN Kəşfiyyat İdarəsindəki mənbələrinə istinadən qəzada MOSSAD-ın əli olduğunu iddia etmişdi. Həmçinin hadisənin baş vermə vaxtının da təsadüfən seçilmədiyi qeyd olunmuşdu.

Xatırladaq ki, Nətanzda baş vermiş qəzadan bir neçə saat əvvəl İran Prezidenti Həsən Ruhani canlı yayımda uranın zənginləşdirilməsinə start verilməsi ilə bağlı tapşırıq vermişdi.

Camal

0