Yaponiya səfirliyinin əməkdaşları "Neftçi"nin oyununda

İDMAN
21:54 / 17.04.2021
1114

Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri "Bakcell Arena"da keçirilən Premyer Liqanın XXIII turunun "Neftçi" - "Zirə" matçını izləyirlər.

"Report"un məlumatına görə, səfirliyin üç əməkdaşı flaqmanın yarımmüdafiəçisi Keysuke Hondanın oyununa baxmaq üçün qonaq qismində stadiona gəliblər.

Qeyd edək ki, hazırda görüşdə ikinci hissə oynanılır və hesab "ağ-qaralar"ın xeyrinədir - 1:0.

0