"Tezliklə Cənubi Qafqazda nəqliyyat qovşaqlarının bərpasına başlayacağıq" - Aleksey Overçuk

DÜNYA
21:18 / 25.05.2021
803

Hazırkı vəziyyətdə Cənubi Qafqazda nəqliyyat infrastrukturunun inkişafı heç vaxt olmadığı qədər vacibdir.

Hit.az  xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

O bildirib ki, hər kəs regionda sağlam düşüncənin üstün olacağını gözləyir:

"Ümid edirik ki, tezliklə sağlam düşüncə hər şeyə üstün gələcək və biz Cənubi Qafqaz regionunda nəqliyyat qovşaqlarının bərpasına başlaya biləcəyik".

Baş nazir müavini əlavə edib ki, bu gün bütün regionun həm iqtisadi, həm də nəqliyyat baxımından inkişafı üçün tamamilə yeni şərtlər yaranır.

0