Aİ Türkiyənin COVID sertifikatını tanıdı

DÜNYA
20:16 / 19.08.2021
849

Avropa İttifaqı Komissiyası Türkiyə, Makedoniya və Ukraynanın COVID-19 sertifikatlarının tanınması barədə qərar qəbul edib.

“Anadolu” məlumat verir ki, müvafiq qanun avqustun 20-dən etibarən qüvvəyə minəcək.

Bildirilib ki, hər üç ölkənin məlumatlar bazası Aİ sertifikatlar sisteminə inteqrasiya ediləcək. Bununla da, hər üç ölkənin vətəndaşları Avropa ölkələrinə sərbəst səyahət edə biləcək.

Qeyd edək ki, adıçəkilən ölkələr də, öz növbəsində Aİ ölkələri tərəfindən verilmiş COVID sertifikatları tanıyacaq.

0
oxu.az