Niyə Yunanıstan adalarındakı evlər mavi və ağ rəngdədir?

DÜNYA
19:58 / 12.05.2026
50

Yunanıstan adalarında yerləşən məşhur mavi-ağ evlərin görünüşü romantik bir ənənədən yox, XX əsrdə baş verən böhranlar və dövlət qərarlarının nəticəsindən formalaşıb.

HİT.az xəbər verir ki, bu barədə IDR portalı yazır.

1938-ci ildə Yunanıstanda vəba epidemiyası yayılarkən hökumət evlərin ağardılması barədə göstəriş verib. Bunun məqsədi estetik yox, sanitar idi: əhəng dezinfeksiya vasitəsi kimi istifadə olunur və bakteriyaların yayılmasını azaltmalı idi. Beləliklə, ağ rəngli fasadlar məcburi norma halına gəlib.

Mavi rəng isə daha sonra gündəlik həyatın təsiri ilə yayılmağa başlayıb. Ev təsərrüfatlarında geniş istifadə edilən ucuz "Loulaki" yuyucu tozu çox vaxt boya əvəzinə qapı və pəncərə taxtalarının rənglənməsində istifadə edilirdi. Nəticədə mavi rəng praktik və əlçatan seçimə çevrilib.

1967-ci ildə hakimiyyətə gələn hərbi xunta isə bu rəng birləşməsini rəsmi şəkildə milli kimliyin simvolu kimi təqdim edib və bəzi bölgələrdə tikililər üçün mavi-ağ rəngləri məcburi hala gətirib.

Zamanla bu sərt qaydalar zəifləsə də, mavi-ağ evlər artıq Yunanıstanın vizit kartına çevrilib. Turistlərin gözləntisi də bu görüntünü möhkəmləndirdi və yerli sakinlər ənənəni davam etdirib.

Samir
 

0