Pensiyaçılara ödəniləcək əlavə vəsaitin məbləği açıqlandı - VİDEO

İQTİSADİYYAT
12:28 / 08.02.2022
1388

Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamı ilə pensiyaçılara xərclənəcək əlavə vəsaitin məbləği açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən HİT.az-a verilən məlumata görə, pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92%-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək.

"Bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək",- ƏƏSMN-dən bildirilib.

1