Partlayışda ağır yaralanan çempionun son halı - FOTO

İDMAN
09:16 / 05.04.2022
1748

“Location” gecə klubunda baş vermiş partlayışda ağır xəsarət alanlardan biri də 2018-ci ildə Mens fizik üzrə Azərbaycan Kubokunun qalibi Arslan Quliyevdir.

Hit.az xəbər verir ki, “Qafqazinfo” 30 yaşlı idmançının yerləşdirildiyi xəstəxanadan fotosunu əldə edib.

Onun komadan yeni ayıldığı bildirilir. Məlumata görə, A.Quliyev sözügedən gecə klubunda mühafizəçi işləyib.

0