İrəvanda müxalifət yenidən yürüşə başladı

DÜNYA
21:27 / 09.05.2022
1160

İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb.

HİT.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müxalifətin yürüşü İrəvanın Fransa meydanından başlayıb və Baqramyan prospektinə qədər yürüş ediblər.

Nümayişçilər oradan Proşyan küçəsinə gedərək geri qayıdacaqlar.

Müqavimət hərəkatının liderlərindən olan İxşan Saqatelyan növbəti gün üçün planları müzakirə edəcəklərini deyib.

Qeyd edək ki, İrəvanda müxalifət mayın 2-dən aksiya keçirir. Onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

 

 

0