Azərbaycanda ağır yol qəzası - 3 qadın öldü, yaralılar var

HADİSƏ
20:48 / 05.04.2023
552

akı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb:

"İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb".

0