PSJ – “Bavariya” matçının inanılmaz STATİSTİKALARI

İDMAN
10:54 / 29.04.2026
122

Dünən gecə Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçı keçirilib.

Hit.az bildirir ki, Parisdə PSJ və “Bavariya” qarşılaşıb.

Nəfəsləri kəsən matç Çempionlar Liqası tarixinin ən unudulmaz oyunlarından biri olub. 9 qolun vurulduğu oyunda PSJ rəqibini 5-4 hesabı ilə məğlub edib. Üstəlik, sözügedən turnirin yarımfinal ilk dəfə belə nəticə qeydə alınıb.

Bu, Fransa klubunun Çempionlar Liqasındakı 100-cü qələbəsi olub. Onlar, bunu bacaran ilk fransız klubudur. Eyni zamanda, “Bavariya”nın da uğurlu seriyası başa çatıb. Belə ki, alman klubu 19 oyun sonra məğlub olub. Bundan əlavə, Almaniya nəhəngi 31 il sonra bir avrokubok matçında qapısından 5 top buraxıb. Ən son 1994-95 mövsümündə, Çempionlar Liqasının yarımfinalında “Ayaks” “Bayern”i 5-2 hesabı ilə məğlub edib.

Matçdan statistikalar
Oyunun 68 dəqiqəsində qapılara endirilən 10 zərbədən 9-u qol olub. “Bavariya”nın qapıçısı Noyer heç bir qurtarış edə bilməyərək antirekord qırıb. O, son 16 ildə Çempionlar Liqasının yarımfinalında qurtarış etmədən 5 qol buraxan ilk qapıçı olub. PSJ-nin rus qapıçısı Safonov isə 2 qurtarış edib.

Topla oynamada gözlənildiyi kimi qonaqlar öndə olub: 57-43 faiz. Fransız klubu 12, alman təmsilçisi isə 10 dəfə rəqib qapısına zərbə endirib. Dəqiq pas ötürmələrində də “Bavariya” birinci olub: 504-371. Qırmızı vərəqənin çıxmadığı oyunda sadəcə ev sahibi komandanın oyunçuları 3 dəfə sarı vərəq alıb. Matçda hər komanda leyihə 1 dəfə penalti qərarı verilib. 

Fərdi uğurlar
Dünənki matç PSJ-nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya üçün də əlamatdar olub. O, “Bavariya”ya qarşı dubl edərək cari mövsümdə turnirdə 10 qol, 5 məhsuldar ötürməyə çatıb. Bu isə PSJ tarixində Çempionlar Liqasında ən yaxşı göstəricidir.

Oyunun ən yaxşısı isə 2 qol, 1 məhsuldar ötürmə müəllifi Usman Dembele seçilib. Həmçinin, Harri Keyn də ardıcıl 6 Çempionlar Liqası matçında qol vuran ilk ingilis futbolçu olub.

Elmir Mustafa
 

0