Daha əvvəl heç kimin fərq etmədiyi fakt - Ayda 2 yeni kəşf

DÜNYA
20:39 / 29.04.2026
34

Çinli alimlərin Ay nümunələrində əvvəllər məlum olmayan iki yeni mineral aşkarladığı bildirilir. 

HİT.az xəbər verir ki, “Global Times”ın məlumatına görə, kəşf Siçuan əyalətinin Çendu şəhərində keçirilən 11-ci Çin Kosmos Günü açılış mərasimində elan edilib.

“Çan’e-5” kosmik aparatının gətirdiyi qaya və torpaq nümunələrində tapılan fosfat minerallarına “magneziyoçangızit-(Y)” və “çangızit-(Ce)” adları verilib.

Nadir torpaq fosfatı kateqoriyasına aid bu minerallar Beynəlxalq Minerologiya Birliyinin Yeni Minerallar, Terminlər və Təsnifat Komissiyası tərəfindən rəsmi olaraq təsdiqlənib.

Bu iki mineral Çin tərəfindən Ay nümunələrində aşkarlanan ikinci və üçüncü yeni minerallar kimi qeydə alınıb. Daha əvvəl, 2022-ci ilin sentyabrında da “çangızit-(Y)” adlı başqa bir fosfat mineralının tapıldığı açıqlanmışdı.

Beləliklə, indiyədək Ayda müəyyən edilən mineral sayı 8-ə çatıb. Çin, ABŞ və Rusiya ilə birlikdə Ay səthindən nümunə gətirən və mineral tədqiqatları aparan ölkələr sırasındadır.

Çin 2020-ci ildə “Çan’e-5” missiyası çərçivəsində Ayın səthinə aparat göndərmiş, təxminən 1,73 kiloqram qaya və torpaq nümunəsi toplayaraq həmin ilin dekabrında Yerə qaytarmışdı.

Samir
 

0