Psixoloqdan etriaf: “Hər pasiyenti qəbul etmirik”

SAĞLAMLIQ
11:30 / 27.04.2026
133

“Psixoloqlar hər pasiyenti qəbul etmirlər”.

Bu sözləri psixoloq Aydan Məmmədova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, psixoloqa müxtəlif problemlərdən əziyyət çəkən insanlar müraciət edirlər:


“Lakin həmin müraciət edən şəxslərin bir hissəsi qəbul olunmur. Bunların bəziləri psixoloq tərəfindən dayandırılır, bəziləri isə konsultasiyadan sonra hazır olmadığını anladıqları üçün davam etmirlər. Mənim də pasiyenti qəbul etmədiyim hallar olub.

Əgər pasiyent seansa məcburi gəlibsə, dəyişməyə hazır deyilsə və psixoloqun ona fayda verməyəcəyini düşünürsə onu qəbul etmirəm. Çünki bəzi bəzi insanlar seansların onlara fayda verməyəcəyi düşüncəsində gəlirlər, sonra da ətraflarına “mən güclüyəm və dəyişməyə ehtiyacım yoxdur” kimi sözlər deyirlər. Bu zaman artıq psixoloq aldadılır və yanlış yönləndirilir”.

Psixoloq qeyd edib ki, hər zaman seanslarında ən yüksək dərəcədə konfidensiallığı qoruyub:
“Buna görə də daima şəffaflıq olub. Bu barədə hər ilkin diaqnostikada məlumat verilir, həmçinin etibarlıq kontraktı imzalanır. Bunlara rəğmən, seans zamanı pasiyentin bədən dili, səs tonu və söz ardıcıllığı analiz edilir. Artıq qarşındakının nə qədər doğru və ya yalan dediyini anlamış olursan. Təbii ki, bu hal pasiyentə bildirilmir. 


Həmçinin, sadəcə telefon üzərindən danışmaq istəyən şəxsləri qəbul etmirəm. Bu hal daha çox bəylərdə olur. Xüsusilə cinsəl terapiyada üz-üzə danışmaqdan utanırlar. Halbuki, doğru psixoloqun seans otağında yaratdığı ab-havada qarşı tərəf heç bir halda utanmır və çəkinmir. Çünki qınanmadığını bilir”.

Ekspert başqa hansı pasiyentləri qəbul etmədiyini də etiraf edib:
“Şizofeniya, ağır depresiya, uşaqları və s. qəbul etmirəm. Uşaqlar yalnız ailə ilə barəbər qəbul edirəm. Ailə terapiya qəbul etmirsə uşaq ilə də seansı davam etdirmirəm. Çünki uşaq valideynlərdən asılıdır. Onların tabeliyindədir və hələ öz şəxsi düşüncələri tam olaraq formalaşmır. 


Psixoloq uşaqla sadəcə seans otağında işləyir və həmin uşaq yenidən eyni evə gedir. Əgər evdə valideynlər arasında psixoloji olaraq problemlər varsa o uşaq sağlam şəkildə inkişaf etmir və seans nəticəsiz qalır. Ümumiyyətlə, seansın nəticə verməsi üçün insan dəyişməyə hazır olmalıdır. Çünki seansda yalnız psixoloq işləmir. Psixoloq pasiyentlə əməkdaş olmalıdır. Əks təqdirdə, nəticə ya uzayacaq ya da olmayacaq”. 

Aydan Məmmədova diqqətə çatdırıb ki, psixoloqlar hər pasiyenti qəbul etmir:
“Hər psixoloqun işlədiyi sahə ilə müraciət səbəbləri fərqli ola bilir. Bəzən insanlar psixiatra müraciət etməli olduğu mövzuda psixoloqa müraciət edir. Bu zaman psixoloqla psixiatr paralel işləməlidirsə davam etdirilir. Lakin deyilsə sadəcə psixiatra və ya nevropatoloqa yönəldilir. Hər psixoloq həm psixoloq, həm də nevropatoloqla paralel şəkildə işləməyi bacarmalıdır. Bir sözlə, psixoloq öz qaydalarına və dövlət tərəfindən təyin edilən qanunlara əsasən davransa nəticələri də o qədər uğurlu olar”.

Pərviz

0