Türk Hava Yolları yeni qaydalarla işləyəcək - QƏRAR

DÜNYA
08:00 / 27.05.2020
2373

İyun ayının 5-dən ölkədaxili uçuşları bərpa edən aviaşirkət koronovirus pandemiyası səbəbi ilə yeni qaydalar çərçivəsində çalışacaq.

Türkiyə mediası xəbər verir ki, bundan sonra sərnişinlər sıra nömrəsi ilə təyyarənin göyərtəsinə qalxacaqlar. Dəhlizlərdə sərnişinlər arasında heç bir ünsiyyət olmayacaq. Bu barədə THY-nın baş direktoru Bilal Eksi “Hürriyet” qəzetinə məlumat verib. Baş direktor bildirib ki, “İyunun 5-dən sərnişinlərin sağlamlığı üçün əl baqajlarına icazə verilməyəcək. Sərnişinlər yalnız əl cantası götürə bilərlər. Təbii ki, sərnişinlərin tibbi maska taxması əsas şərt olacaq. Üstəlik 4 saatdan bir dəyişdirmək üçün əlavə maskaların olması vacibdir”.

0
konkret.az