TOGG ən çox hansı ölkələrdə gündəm olub? - SİYAHI

AVTO
10:26 / 22.08.2023
1133

Türkiyənin ilk yerli elektrikli avtomobili olan TOGG haqqında dünyada gedən xəbərlər və yazılar barədə araşdırma aparılıb.

HİT.az xəbər verir ki, sözügedən avtomobilin ən çox əks-səda doğurduğu ölkənin ABŞ olduğu ortaya çıxıb.

Siyahının davamında isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş yer alıb. Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünya liderlərinə TOGG hədiyyə etməsi də olduqca gündəm olub.

TOGG ilə bağlı ən çox paylaşımın edildiyi sosial şəbəkə isə "Twitter" (X) olub. 

Pərviz

0