ADY yenilənmiş Kürdəmir stansiyasını sabahdan sərnişinlərin istifadəsinə verir

AVTO
13:49 / 17.04.2026
47

ADY xidmət coğrafiyasını genişləndirərək yenilənmiş Kürdəmir stansiyasını sərnişinlərin istifadəsinə verir.

ADY-dən Hit.az-a verilən məlumata görə, 17 apreldən etibarən bu istiqamətə bilet satışına başlanıb.

8 apreldən Kürdəmirə səfərlər

- Bakı–Qazax–Bakı

- Bakı–Balakən–Bakı

- Bakı–Ağdam–Bakı

- Bakı–Ağstafa–Bakı reysləri (təyinata uyğun həftəsonları və bayram günləri) üzrə həftənin bütün günlərində təşkil ediləcək.

Kürdəmir stansiyasının “qayıdış”ını qeyd edənlərdən biri olmaq üçün biletini dəmiryol kassalarından, saytımızdan və ya “ADY Mobile” tətbiqindən elə indi al.

0