İlham Əliyev İrpen şəhərinin fəxri vətəndaşı elan edildi

SİYASƏT
18:30 / 30.04.2026
48

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edilib.

Bu barədə İrpen şəhər Şurasının rəhbəri, şəhərin meri vəzifəsini icra edən Anjela Makeyeva öz sosial şəbəkə hesabında bildirib.

O, bununla bağlı qərarın şəhər Şurasının bugünkü sessiyasında qəbul edildiyini deyib.

“Biz icma olaraq Azərbaycan xalqı və şəxsən Prezident Əliyevlə uzun dostluq və tərəfdaşlıq tarixinə malikik. Əməkdaşlıqdan əlavə, bizi sıx mədəni və tarixi əlaqələr, həmçinin sülhə ortaq can atma birləşdirir”, - Makeyeva yazıb.

O, Azərbaycan hökumətinin dəstəyi ilə İrpen şəhərində lisey və şəhər poliklinikasının bərpa edildiyini, Prezident İlham Əliyevin Ukrayna lideri Volodimir Zelenski ilə son görüşü zamanı verilmiş yeni elektrik avtobuslarının isə tezliklə şəhərə gətiriləcəyini bildirib.

“Bu fəxri adı Prezidentin simasında biz həmçinin İrpen icmasını səmimi şəkildə dəstəkləyən və Ukraynanın qələbəsinə inanan bütün Azərbaycan xalqına həsr edirik!”, - paylaşımda deyilir.

0