Dünən gecə Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci matçı keçirilib.
Hit.az bildirir ki, aşağı tempdə keçən matçda “Atletiko Madrid” “Arsenal”la 1-1 bərabərə qalıb.
Ümumi məlumat
Bu, tərəflərin 4-cü qarşılaşması idi. İndiyə kimi 1 dəfə bərabərlik olub, 1 dəfə “Arsenal”, 1 dəfə də “Atletiko” qələbə qazanıb. 4-cü dueldən də bərabərlik çıxdı. “Arsenal” bu mövsüm Çempionlar Liqasında meydana çıxdığı 13 matçın heç birində məğlub olmayıb. Onlar, turnirin son 23 oyununda cəmi 2 dəfə məğlub olublar. Bu da inanılmaz bir göstəricidir. “Atletiko” isə son 14 ildə 4-cü dəfə Çempionlar Liqasının yarımfinalında mübarizə aparıb. Bu da olduqca böyük uğurdur.
Matçın statistikaları
Topla oynamada 52-48 faiz nisbəti ilə ev sahibləri öndə idilər. Dəqiq pas ötürmələrində də onların üstünlüyü var: 505-480.
“Atletiko” 18, “Arsenal” isə 11 dəfə rəqib qapısına zərbə endirib. İspanların qapıçısı Oblak 1, ingilislərdə isə Raya 3 qurtarış edib. “Atletiko” 3, “Arsenal” isə 2 dəfə böyük şansdan yararlana bilməyib. Qırmızı vərəqənin çıxmadığı matçda yeganə sarı vərəqə Madrid təmsilçisinin futbolçusuna göstərilib.
Qol statistikası
Maraqlıdır ki, oyunda bütün qollar penaltidən vurulub. Hələ “Arsenal” lehinə verilən 1 penalti qərarı də VAR-ın müdaxiləsi ilə ləğv olunub. Bu matç “Atletiko”nun hücumçusu Xulian Alvarez üçün əlamətdar olub. O, dünən də fərqlənərək statistikasını daha da inkişaf etdirib. Alvarez cari mövsümdə Çempionlar Liqasında meydana çıxdığı 14 matçda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.
Elmir Mustafa


