\"Alfa Romeo\" uzun illər sonra GERİ DÖNDÜ

12:20 / 01.09.2023
1105

İtaliyanın avtomobil istehsalçısı "Alfa Romeo" uzun illər sonra yeni modelini təqdim edib.

HİT.az xəbər verir ki, yeni model "33 Stradale" adlanacaq.

Adından da göründüyü kimi sözügedən avtomobildən sadəcə 33 ədəd istehsal ediləcək. İlk olaraq, 1960-cı illərin sonunda satışa çıxan sözügedən modeldən sadəcə 18 ədəd istehsal olunmuşdu. Yeni versiyanın qiymətinin isə 1 milyon dollardan baha olduğu deyilir. 33 avtomobilin hamısının satıldığı da bildirilib. 

Qeyd olunub ki, alıcılara "33 Stradale" modelini tamamilə elektrikli olaraq da almaq təklif olunub. Avtomobilin sürət həddi isə 450 min kilometrdir. 

Pərviz

0