Azərbaycanda su filteri bazarı

22:36 / 13.02.2024
275

Dünyanın hər yerdə olduğu olduğu kimi Azərbaycanda da içməli suyun təmin edilməsi üçün müəyyən addımlar atılır.

Ancaq bəzi işbazlar mənzillərə verilən suyun keyfiyyətsiz olduğunu iddia edərək, müəyyən testlərlə bunu sübut etmək istəyirlər. 

Bakıda su filtri satışı ilə məşğul olan firmalar və onların qapı-qapı gəzən əməkdaşları sakinlərin içdikləri suyun yararsız olmasına inandırmağa çalışır, əllərindəki filtri satmayana qədər əl çəkmirlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a deyib ki, ölkəmizdə su filtrlərinin satışı ilə məşğul olan çoxlu sayda şirkət fəaliyyət göstərir: 

"Bu cür qurumların sayı artmaqdadır. Keyfiyyət, kəmiyyət fərqi isə dəyişməz olaraq qalır. Artıq onlayn satış üsulu ilə də filtr almaq mümkündür. Bu məsələdə isə əsas problemlərdən biri alınan məhsulun keyfiyyətsiz çıxdığı təqdirdə geri qaytarıla bilməməsidir. Digər satış müəssisələrində də vəziyyət demək olar ki, eynidir. Əksər hallarda alıcılara kassa çeki verilmir. Düşünürəm ki, bütün sahələrdə müəyyən zamanlarda monitorninqlər aparılmalıdır. Eləcə də su filtri bazarında. Keyfiyyətsizliyin aşkarlanması üçün dünya ölkələrində - ABŞ, Rusiya, Yunanıstanda tətbiq edilən vasitələr bizim ölkəmizdə də tətbiq edilir. Azərbaycanda bu yolla suyun tərkibi yoxlanıldı və iddia edildiyi kimi problemlər aşkarlanmadı. Burdan bu qənaətə gəlmək olur ki, su filtrlərinin satılması üçün yaranan kommersiya marağı insanların aldadılmasına zəmin yaradır.

Onlar sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasından istifadə edirlər və keyfiyyətsiz malları əhaliyə təklif edirlər. Təbii ki, su filtrlərinin içərisində keyfiyyətli, həqiqətən də yararlı məhsullar ola bilir. Lakin təəssüf ki, istehlakçıların qorunma siyasəti zəifdir. Bu da əhalinin aldadılmasına gətirib çıxarır”.

Sevinc

0