Botoksun bilinməyən  faydaları

MARAQLI
22:44 / 11.03.2024
1467

İndi botoks barədə məlumatı olmayan  az adam tapılar. 

Estetik prosedurlarda işlədilən bir nömrəli vasitə sayılan botoksun  bilmədiyimiz çox faydaları var.

Kosmetoloq Nazan Hüseynova Hit.az-a bildirib ki, hazırda Türkiyədə botoksdan üz gözəlləşdirmədə fərqli şəkildə istifadə olunur.

“Məlum olub ki, botoks iynələrindən sonra dərinin alt qatında kollogen ifraz olunmağa başlayıb.

Ona görə, indi bütün üz dərsini gözəlləşdirmək, daha parlaq və gərgin göstərmək üçün kiçik dozalarla botoksu bütün üz dərisinə tətbiq edirlər. Bu əzələlərin işini iflic etməyəcək dərəcədə az tətbiq olunur. Yeni metoda “artist təbəssümü” adı verilib” -deyə kosmetoloq bildirib.

O qeyd edib ki, yayda qoltuq altları çox tərləyən adamlara da botoksla kömək eləmək olar.

“Qoltuq altı tərləmələrdə botoks iynəsi tətbiq etməklə bu problemi aradan qaldırmaq olar. Bundan əlavə üzümüzdə sinir pozğunluğu ilə əlaqəli  hansısa səyrimə, titrəmə varsa, o nöqtəyə botoksun təbiqi ilə də yardım eləmək olar. Üçlü sinir ağrılarını da baş dərisinə botoks tətbiq etməklə aradan qaldırılar”,- deyə kosmetoloq bildirib.

O qeyd edib ki, botoksdan sonra antibiotik preparatların qəbulu onun keyfiyyətini sürətlə azaldır.

Bütün faydalarına baxmayaraq botoks yanlış nöqtələrə təbiq edildikdə üzdə əyilmələrə səbəb ola bilər.

Murad

1